top of page
Writer's pictureNGL Forum

Adventurous Seoul: Things to Do in May

If you plan on visiting Seoul this May and are still clueless about what to do, worry not. This post will list activities you can do this month to make your trip more memorable.

Bu may ayında Seula səfər etməyi planlaşdırırsınızsa və nə edəcəyinizi bilmirsinizsə, narahat olmayın. Bu postumuzda səfərinizi daha yaddaqalan etmək üçün bu ay edə biləcəyiniz fəaliyyətləri sadalayacağıq.

Image source: www.jetstar.com


Book Reading Seoul Plaza


If you are a fan of open libraries, why don’t you try the one opening in Seoul Plaza? The open

library contains over 5,000 books on 11 different themes and is free. The library is open every

Thursday and Friday from 11-17.00 and every Saturday and Sunday from 10-17.00. The park

consists of a performance zone (for reading breaks), a reading zone, a play zone (for exhibitions and games), and a pop-up zone. The event is expected to be held for the spring period until June 25th. It is an ideal event for those who want to take a break from their hectic lives, read a book, and relax.

Əgər siz açıq kitabxanaların pərəstişkarısınızsa, niyə Seul Plazada açılan kitabxananı sınamayasınız? Açıq kitabxanada 11 müxtəlif mövzuda 5000-dən çox pulsuz oxuya biləcəyiniz kitab var. Kitabxana hər cümə axşamı və cümə günü saat 11-17.00, hər şənbə və bazar günləri saat 10-17.00-da açıqdır. Park tamaşa zonasından (oxu fasilələri üçün), oxu zonasından, oyun zonasından (sərgilər və oyunlar üçün) və pop-up zonasından ibarətdir. Tədbirin yaz dövrü üçün iyunun 25-dək keçirilməsi gözlənilir. Gərgin həyata ara vermək, kitab oxumaq və dincəlmək istəyənlər üçün ideal tədbirdir.


Seoul Rose Festival


The Rose Festival will be held in Jungnang Rose Park between May 13 and 17. During the

festival, the garden will have a bunch of decorations made of different kinds of roses. It is

expected to have many visitors, so we recommend you go early in the morning. Then, you can

take a pleasant stroll around the park, enjoy the beautiful scenery, and take nice pictures. The

festival will allow you to see a different side of Seoul that is more peaceful and alluring.

Qızılgül Festivalı mayın 13-dən 17-dək Jungnang Rose Parkında keçiriləcək. Festival zamanı bağda müxtəlif növ qızılgüllərdən hazırlanmış bir çox növ dekorasiyalar olacaq. Çoxlu ziyarətçinin olacağı gözlənilir, ona görə də səhər tezdən getməyi tövsiyə edirik. Parkda xoş gəzintiyə çıxa, gözəl mənzərələrdən həzz ala və gözəl şəkillər çəkə bilərsiniz. Festival Seulun daha dinc və cazibədar olan fərqli tərəfini görməyə imkan verəcək.


Ttubeok Ttubeok Festival: Car-Free Jamsu Bridge


This walking festival takes place along the Han River beneath the Jamsu Bridge. During the

festival, vehicles are controlled so people can walk around without worrying and relax. You can get food from food trucks and enjoy busking performances held a few times daily. The festival is scheduled from May 7th to June 9 th , every Sunday from 12 a.m. to 9 p.m. It will be an excellent opportunity for those who enjoy peaceful night walks.

Bu gəzinti festivalı Camsu körpüsünün altında Han çayı boyunca keçirilir. Festival zamanı insanların rahatlıqla gəzib dincəlmələri üçün nəqliyyat vasitələrinə nəzarət edilir. Ləzzətli küçə yeməklərini dada və gündə bir neçə dəfə keçirilən busking tamaşalarından həzz ala bilərsiniz. Festivalın mayın 7-dən iyunun 9-dək, hər bazar günü saat 12:00-dan 21:00-dək keçirilməsi planlaşdırılır. Sakit gecə gəzintilərindən zövq alanlar üçün əla fürsət olacaq.

Image source: segyelocalnews.com


The Lantern Parade in Seoul


Yeon Deung Hoe is one of the main festivities for Buddha’s birthday. It is a lotus lantern parade through central Seoul, from Dongguk University along the Jongro to the Jogyesa temple. On the day of the festival, cultural performances take place around Insadong. Colorful lanterns also make for great photos. The lantern festival usually takes place on the weekend before Buddha’s birthday, May 27th this year.

Yeon Deung Hoe Buddanın doğum günü üçün keçirilən əsas şənliklərdən biridir. Bu, Seulun mərkəzində, Dongguk Universitetindən Jongro boyunca Jogyesa məbədinə qədər uzanan lotus fənər paradıdır. Festival günü İnsadong ətrafında mədəni tamaşalar keçirilir. Rəngarəng fənərlər də gözəl şəkillər çəkə biləcəyiniz bir mənzərə yaradır. Fənər festivalı adətən Buddanın doğum günündən (bu il mayın 27-də qeyd olunur) əvvəlki həftə sonu keçirilir.

Image source: visitkorea.or.kr


So, to spice up your trip to Seoul, attend any of the events listed above!

Seula səyahətinizi daha da gözəlləşdirmək üçün yuxarıda sadalanan tədbirlərdən hər hansı birinə qatılmağınızı məsləhət görürük!


Author: Guliyeva Sakina

Translation: Guliyeva Sakina (AZE)

For enquiries: nglforum4@gmail.com

30 views0 comments

Comments


bottom of page